Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
21 Oktyabr 2025 14:01
41
Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycan idmançıları bu həftə bir neçə beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.

İdman.Biz xəbər verir ki, oktyabrın 20-dən 26-dək müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Yarışların siyahısını təqdim edirik:

- Boks üzrə oğlanlar və qızlar arasında U-15 Avropa çempionatı – 16-26 oktyabr (Monteneqro, Budva);

- Şahmat üzrə qadın və kişi klubları arasında Avropa Kuboku – 18-26 oktyabr (Yunanıstan, Rodos);

- Kişi və qadın idman gimnastikası üzrə dünya çempionatı – 19-25 oktyabr (İndoneziya, Cakarta);

- Sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında U23 dünya çempionatı – 20-26 oktyabr (Serbiya, Novi Sad);

- Şahmat üzrə veteranlar arasında dünya çempionatı – 20 oktyabr-2 noyabr (İtaliya, Galipoli);

- Stolüstü tennis üzrə “WTT YOUTH CONTENDER” – 23-26 oktyabr (BƏƏ, Dubay);

- Taekvondo üzrə dünya çempionatı – 24-30 oktyabr (Çin, Usi);

- Cüdo üzrə Avropa kişilər, qadınlar, gənc oğlanlar və qızlar arasında Açıq turniri – 25-26 oktyabr (Bosniya və Herseqovina, Sarayevo);

- Cüdo üzrə yeniyetmə oğlanlar və qızlar arasında Avropa Kuboku – 25-26 oktyabr (Sloveniya, Kranjska Qora);

- Yelkənin Optimist” sinfi üzrə Asiya qitə çempionatı – 25 oktyabr-2 noyabr (Oman).

İdman.Biz