Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.Biz xəbər verir ki, oktyabrın 20-dən 26-dək müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ümumtəhsil müəssisələri arasında atletika (kros) üzrə Abşeron rayon birinciliyi (oğlan və qız) – 24 oktyabr, saat 10:00 (Xırdalan şəhər, təyin olunmuş marşrut üzrə);
- “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş U-17 2009-2011-ci il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə region birinciliyi – 25-26 oktyabr, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş 2009-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə region birinciliyi – 26 oktyabr, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində uşu üzrə Avropa çempionatının bürünc mükafatçısı Yabir Şıxalıyevin rəhbərliyi ilə ustad dərsi – 20 oktyabr, saat 15:00 (İsmayıllı Uşu İdman Klubu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində 3x3 basketbol üzrə nümunəvi çıxışlar - 22 oktyabr, saat 14:00 (Qobustan rayonu Ş.Şikarov adına Sündü kənd tam orta məktəbi);
- Zəfər Gününə həsr olunmuş 2011-2013-cü il təvəllüdlü məktəbli yeniyetmələr arasında atletika üzrə Şamaxı rayon turniri - 24 oktyabr, saat 10:00 (Şamaxı şəhər stadionu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində səhər idmanı - 25 oktyabr, saat 9:00 (Şamaxı şəhər Peşə liseyi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində səhər idmanı - 25 oktyabr, saat 9:00 (Qobustan rayonu Sərxan Hacıyev küçəsində yerləşən yaşıllıq zolağı);
- Zəfər Gününə həsr olunmuş uşu üzrə klublararası turnir - 26 oktyabr, saat 10:00 (Ağsu İdman Kompleksi).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ümumtəhsil məktəblərinin oğlan şagirdlərindən ibarət komandalar arasında voleybol üzrə Goranboy rayon turniri - 20-28 oktyabr, saat 15:00 (Goranboy rayon məktəblərinin idman zalları);
- “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ümumtəhsil məktəblərinin 2015-2016-cı il təvəllüdlü şagirdləri (oğlan və qızlar) arasında 3x3 basketbol üzrə Gəncə şəhər turniri - 21-25 oktyabr, saat 10:00 (Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb);
- Zəfər Gününə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Zəfər Kuboku turniri - 25 oktyabr-7 noyabr, saat 15:00 (Göygöl Olimpiya İdman Kompleksi).
Qarabağ Regional Gənclər və İdman İdarəsi
- IX-XI sinif şagirdləri arasında güllə atıcılığı üzrə Xocalı rayon turniri - 23 oktyabr, saat 14:00 (Goranboy rayon, Aşağı Ağcakənd qəsəbəsi);
- Məktəblilər arasında minifutbol üzrə rayon turniri - 24 oktyabr, saat 10:00 (Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli məktəbi);
- 2009-2013, 2014-2017-ci il təvəllüdlü idmançılar arasında qılıncoynatma üzrə rayon turniri – 25 oktyabr, saat 10:00 (N.Gəncəvi adına Bərdə şəhər 2 №li beynəlmiləl tam orta məktəb).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- l, ll, lll dərəcəli idmançılar arasında şahmat üzrə tempo rayon turniri - 22 oktyabr, saat 10:00 (Qazax Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Uşaq və yeniyetmələr arasında taekvondo üzrə rayon turniri - 25 oktyabr, saat 10:00 (A.Abdullayev adına şəhər 2 nömrəli tam orta məktəbi);
- "Konstitusiya və Suverenlik İli' çərçivəsində 2011-2012-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında atletika üzrə rayon turniri - 26 oktyabr, saat 10:00 (Tovuz Olimpiya İdman Kompleksi).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- “Səyyar sağlam həyat” layihəsi - 21 oktyabr, saat 11:00 (Siyəzən şəhər, Heydər Əliyev seyrəngahı);
- “Səyyar sağlam həyat” layihəsi - 23 oktyabr, saat 11:00 (Şabran şəhər, Heydər Əliyev parkı);
- “Səyyar sağlam həyat” layihəsi - 25 oktyabr, saat 11:00 (Xaçmaz şəhər, Zəfər parkı);
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- “Səhər idmanı” layihəsi çərçivəsində səhər məşqləri - 20 oktyabr, saat 7:30 (Lənkəran şəhər Heydər Əliyev Xatirə Parkı);
- “Səhər idmanı” layihəsi çərçivəsində səhər məşqləri – 21 oktyabr, saat 7:30 (Yardımlı rayon Sahil stadionu);
- "Səhər idmanı” layihəsi çərçivəsində səhər məşqləri - 23 oktyabr, saat 7:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);
- Zəfər Günü ilə əlaqədar yeniyetmələr arasında dama üzrə Lerik rayon turniri - 24 oktyabr, saat 10:00 (Lerik rayonu Namaz Muradov adına Günəşli kənd tam orta ümumtəhsil məktəbi);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü ilə əlaqədar ümumtəhsil orta məktəblərinin şagirdləri arasında minifutbol üzrə Yardımlı rayon turniri - 24 oktyabr, saat 11:30 (Yardımlı rayon Şəfəqli kənd tam orta məktəbi):
- Dünya Cüdo Günü münasibətilə uşaqlar və yeniyetmələr arasında cüdo üzrə Masallı rayon turniri - 24 oktyabr, saat 15:00 (Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin idman zalı);
- Zəfər Gününə həsr olunmuş həndbol üzrə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında Cəlilabad rayon turniri - 24-25 oktyabr, saat 15:00 (Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbi);
- Kros qaçışı üzrə ölkə payız çempionatı – 25-26 oktyabr (Cəlilabad rayonu);
- Dünya Cüdo Gününə həsr olunmuş U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə region turniri – 25 oktyabr, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş voleybol üzrə məktəblilər arasında turnir - 20-23 oktyabr, saat 14:00 (İmişli şəhər 7 saylı tam orta məktəb).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 20 sentyabr-25 oktyabr, saat 19:00 (Zaqatala rayon Şimşək stadionu);
- Ümumtəhsil məktəbləri arasında stolüstü tennis üzrə şəhər turniri - 21-22 oktyabr, saat 10:00 (Şəki şəhər 12 nömrəli tam orta məktəb);
- Ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon turniri - 24 oktyabr, saat 10:00 (Balakən rayon Hənifə kənd tam orta məktəbi).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə yeniyetmələr arasında şəhər turniri – 21-22 oktyabr, saat 10:00 (“Təhsil” RİM-nin Şirvan şəhər UGİŞM);
- Zəfər Gününə həsr edilmiş ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında basketbol üzrə rayon birinciliyi - 22 oktyabr, saat 10:00 (Salyan şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbi);
- Orta ümumtəhsil məktəblərinin qız şagirdləri arasında atletika (100 m və estafet) qaçışı üzrə şəhər birinciliyi – 23-24 oktyabr, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- Ümumtəhsil məktəbləri arasında atletika (60 metr məsafəyə qaçış, turnirdə dartınma, yerindən uzununa tullanma) üzrə rayon turniri – 24 oktyabr, saat 14:00 (Neftçala Olimpiya İdman Kompleksi).