Qobustanda yeni idman zalı tikiləcək

Xəbərlər
21 Oktyabr 2025 10:52
47
Qobustanda yeni idman zalı tikiləcək

Gənclər və İdman Nazirliyi Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən idman zalının tikintisi işlərinin davam etdirilməsi üçün yeni tender elan edib.

İdman.Biz xəbər verir ki, tenderin dəyəri 1 milyon 619 min manat olaraq müəyyən edilib.

Layihə çərçivəsində obyektin rabitə və siqnalizasiya sistemlərinin, o cümlədən televiziya, telefon və mikrofon xətlərinin çəkilməsi, həmçinin tv yuvalı rozetkaların və metal konstruksiyaların quraşdırılması nəzərdə tutulur.

Bu layihə Qaradağ rayonunda gənclərin idmana cəlb olunması, idman infrastrukturlarının gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyır.

İdman.Biz