Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva idman zalında çəkilmiş videosunu “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.
İdman.Biz xəbər verir ki, müğənni görüntülərdə məşq zamanı güc və dözümünü nümayiş etdirib.
O bildirib ki, idman uzun illərdir həyatının bir hissəsinə çevrilib və enerjisini qorumağa kömək edir.
Videoda sənətçi bir neçə maraqlı sualı da cavablandırıb. İzləyicilər Tünzalə Ağayevanın həm yaradıcılıqda, həm də sağlam həyat tərzində fəallığını yüksək dəyərləndiriblər.