Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
14 Oktyabr 2025 09:33
36
Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycan idmançıları bu həftə bir neçə beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.

İdman.Biz xəbər verir ki, oktyabrın 13-19-a müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Yarışların siyahısını təqdim edirik:

- Paragüllə atıcılığı üzrə Avropa çempionatı – 30 sentyabr - 18 oktyabr (Xorvatiya, Osiyek);

- Şahmat üzrə 14, 16, 18 yaş oğlanlar və qızlar arasında dünya çempionatı – 3-16 oktyabr (Albaniya, Dürres);

- Şahmat üzrə komandalar arasında Avropa çempionatı (kişilər və qadınlar) – 4-15 oktyabr (Gürcüstan, Batumi);

- Parapauerliftinq üzrə dünya çempionatı – 5-19 oktyabr (Misir, Qahirə);

- Avropa çempionatı (sahil avarçəkməsi və sahil sprinti) – 6-13 oktyabr (Türkiyə, Antalya);

- Stend atıcılığı üzrə ISSF dünya çempionatı – 8-19 oktyabr (Yunanıstan, Afina);

- Qış idman növləri üzrə ISU Qran-Pri – 9-13 oktyabr (Tailand, Banqkok);

- Sambo üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyi – 9-13 oktyabr (Gürcüstan, Tbilisi);

- Cüdo üzrə kişilər, qadınlar, gənc oğlanlar və qızlar arasında Avropa Kuboku – 12-18 oktyabr (İspaniya, Malaqa);

- Minifutbol üzrə “EMF Avro Biznes Kubok 2025” – 15-19 oktyabr (Türkiyə, Antalya);

- Boks üzrə oğlanlar və qızlar arasında U-15 Avropa çempionatı – 16-26 oktyabr (Monteneqro, Budva);

- Batut gimnastikası üzrə beynəlxalq turnir – 17-18 oktyabr (Çexiya, Nisou);

- Cüdo üzrə kişilər, qadınlar, gənc oğlanlar və qızlar arasında Böyük Dəbilqə – 17-19 oktyabr (BƏƏ, Abu-Dabi);

- Cüdo üzrə yeniyetmə oğlanlar və qızlar arasında Avropa Kuboku – 18-19 oktyabr (Latviya, Riqa);

- Qılıncoynatma üzrə sablya üzrə kişilər arasında “Satellit Turnir” – 19-20 oktyabr (Türkiyə, İstanbul);

- Kişi və qadın idman gimnastikası üzrə dünya çempionatı – 19-25 oktyabr (İndoneziya Cakarta).

İdman.Biz