Azərbaycan idmançıları növbəti həftə bir neçə beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.
İdman.biz xəbər verir ki, oktyabrın 6-12-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
Yarışların siyahısını təqdim edirik:
- Paraatletika üzrə dünya çempionatı – 22 sentyabr - 6 oktyabr (Hindistan, Dehli);
- Parabadminton üzrə Avropa çempionatı – 28 sentyabr - 6 oktyabr (Türkiyə, İstanbul);
- Paragüllə atıcılığı üzrə Avropa çempionatı – 30 sentyabr - 18 oktyabr (Xorvatiya, Osiyek);
- Ağırlıqqaldırma üzrə böyüklər arasında dünya çempionatı - 3-12 oktyabr (Norveç, Forde);
- Şahmat üzrə 14, 16, 18 yaş oğlanlar və qızlar arasında dünya çempionatı – 3-16 oktyabr (Albaniya, Dürres);
- Şahmat üzrə komandalar arasında Avropa çempionatı (kişilər və qadınlar) – 4-15 oktyabr (Gürcüstan, Batumi);
- Qılıncoynatma (sablya) üzrə kişilər arasında “Satellit Turnir” – 5-6 oktyabr (Bolqarıstan, Sofiya);
- Cüdo üzrə gənc oğlanlar və qızlar arasında dünya çempionatı – 5-8 oktyabr (Lima, Peru);
- Parapauerliftinq üzrə dünya çempionatı – 5-19 oktyabr (Misir, Qahirə);
- Qılıncoynatma (şpaqa) üzrə gənc oğlan və qızlar arasında beynəlxalq turnir - 6-7 oktyabr (Vladiqafqaz);
- Kikboksinq üzrə “Uzbekistan World Cup” – 7-12 oktyabr (Özbəkistan, Daşkənd);
- Stend Atıcılığı üzrə ISSF dünya çempionatı – 8-19 oktyabr (Yunanıstan, Afina);
- Qış idman növləri üzrə ISU Qran Pri – 9-13 oktyabr (Tailand, Banqkok);
- Sambo üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyi – 9-13 oktyabr (Gürcüstan, Tbilisi);
- Həndbol üzrə “Bakı”-“GRK Ohrid” (Makedoniya) klubları arasında Avrokubok oyunları (kişilər) – 11-12 oktyabr (Makedoniya);
- Cüdo üzrə kişilər, qadınlar, gənc oğlanlar və qızlar arasında Avropa Kuboku – 12-18 oktyabr (İspaniya, Malaqa).