Maltanın “DoubleTree by Hilton” hotelində Avropa Olimpiya Komitələrinin (AOK) təşkilatçılığı ilə AOK-un 45-ci Seminarı və Olimpiya Həmrəyliyi forumu öz işinə başlayıb.
İdman.biz Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinə istinadən xəbər verir ki, forumda ölkəmizi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.
İlk gün 45-ci AOK-un seminarı və Olimpiya Həmrəyliyi formunun rəsmi açılış mərasimi ilə başlayıb. Açılışda Malta Milli Olimpiya Komitəsinin prezidenti Yulian Peys Bonello, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos, Maltanın təhsil, idman, gənclər, tədqiqat və innovasiya naziri Klifton Qrima, habelə Avropa Komissarı Qlenn Mikallef çıxış ediblər.
Forumda AOK İcraiyyə Komitəsinin iclasları, komissiya sədrləri ilə görüşlər, birgə işçi sessiyaları, 10-cu Qış Piotr Nurowski Avropanın Ən Yaxşı Gənc İdmançısı mükafatının təqdimat mərasimi və AOK və Olimpiya Həmrəyliyi üzrə seminarlar keçirilib.
AOK-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.