Qurban Qurbanov və Rəşad Sadıqov Cabir İmanovla vida mərasimində - FOTO/VİDEO

Xəbərlər
30 Sentyabr 2025 13:42
132
Qurban Qurbanov və Rəşad Sadıqov Cabir İmanovla vida mərasimində - FOTO/VİDEO

Əməkdar artist Cabir İmanovun cənazəsi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.

İdman.biz “Qafqazinfo”ya istinadla xəbər verir ki, mərhum sənətkarın yaxınları cənazə namazında iştirak etmək üçün məscidin həyətinə toplaşıblar.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da Cabir İmanovla vida mərasimində iştirak etmək üçün oraya gəliblər.

Birgə namazdan sonra Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Cabir İmanov ötən gün 49 yaşında ürəktutmadan vəfat edib.

İdman.biz