AÇ-2027: Elnur Çodarovdan heç-heçəli başlanğıc - VİDEO/YENİLƏNİB

Xəbərlər
9 Sentyabr 2025 19:55
260
AÇ-2027: Elnur Çodarovdan heç-heçəli başlanğıc - VİDEO/YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.

İdman.biz xəbər verir ki, B qrupunda yer alan yığmamız Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Baş məşqçi Ayxan Abbasov əsas yığmanı Ukrayna ilə oyuna çıxaracağı üçün bolqarlarla görüşdə U-21-ə rəhbərliyi Elnur Çodarov edib.

Görüşdə hesabı 41-ci dəqiqədə komandamızın üzvü Rüstəmov açıb - 1:0. Üç dəqiqədən sonra qonaqlardan İliyev cavab topunu vurub - 1:1. Birinci hissə bu hesabla başa çatıb. İkinci hissədə hesab dəyişməyib və millimiz bu mərhələdə ilk xalını qazanıb.

Avropa çempionatı, seçmə mərhələ
9 sentyabr

18:00. Azərbaycan (U-21) - Bolqarıstan (U-21) - 1:1

Qollar: Rüstəmov (41); İliyev (44)

Baş hakim: Florian Lata (Albaniya)

Azərbaycan: 1. Səlim Həşimov, 20. Ayxan Süleymanlı (kap.), 5. Emin Rüstəmov, 15. Raul Məmmədov, 3. Rüfət Abbasov, 8. Emil Süleymanov, 23. Şahin Şahniyarov, 17. Nihat Əhmədzadə, 11. Xəyal Əliyev, 14. Nahid Əliyev, 9. Ağadadaş Salyanski
Ehtiyat oyunçular: 12. Rəvan Mirzəməmmədov, 2. Eşqin Əhmədov, 4. İbrahim Ramazanov, 7. Murad Məmmədov, 10. Edqar Adilxanov, 13. Hikmət Cəbrayılzadə, 18. Oruc Məmmədov, 19. Sadiq Şəfiyev, 21. Sənan Muradlı
Baş məşqçi əvəzi: Elnur Çodarov

Bolqarıstan: 23. Aleks Bojev, 15. Dimitar Papazov, 14. Teodor İvanov, 6. Martin Georgiyev, 5. Mixail Polendakov, 10. Nikola İliyev (kap.), Tsvetoslav Marinov, 22. Asen Mitkov, 13. Georgi Lazarov, 18. Kristian Balov, 11. Borislav Rupanov
Ehtiyat oyunçular: 1. Plamen Andreyev, 2. Zaxari Atanasov, 3. Viktorio Valkov, 4. Kubrat Onaşi, 7. Roberto Rayçev, 8. Antoan Stoyanov, 9. Boris Dimitrov, 19. Nikolay Zlatev, 21. Petko Panayotov
Baş məşqçi: Aleksandar Dimitrov

Bakı, Dalğa Arena

1

Çexiya

2

2

0

0

4-1

6

2

Bolqarıstan

2

1

1

0

4-1

4

3

Portuqaliya

1

1

0

0

5-0

3

4

Azərbaycan

2

0

1

1

1-6

1

5

Şotlandiya

1

0

0

1

0-2

0

6

Cəbəlüttariq

2

0

0

2

1-5

0

İdman.biz