Millimizin oyunçusunun komandası evdə xal itirdi

31 Avqust 2026 02:13
97
Millimizin oyunçusunun komandası evdə xal itirdi

Macarıstan çempionatının altıncı turunda “Kişvarda” futbol komandası doğma meydanda “Dyor”la heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev oyuna ehtiyat oyunçular skamyasında başlayıb.

Nuriyev 70-ci dəqiqədə meydana daxil olub. Həmin vaxt qarşılaşmada yekun hesab artıq müəyyənləşib və qalan dəqiqələrdə tərəflər fərqlənə bilməyiblər.

Bu heç-heçədən sonra “Kişvarda”nın xal ehtiyatı altıya çatıb. Komanda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

İdman.Biz