İsrail Premyer Liqasında ikinci turun oyunları keçirilir.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin vingeri Rüfət Abdullazadənin çıxış etdiyi “Hapoel” (Kiryat-Şmona) doğma meydanda “İroni” (Tveriya) ilə qarşılaşıb. Görüşdə “Hapoel” iki cavabsız qol vurub.
Komandasının ikinci qolunu 72-ci dəqiqədə cərimə zərbəsindən Rüfət Abdullazadə vurub. Azərbaycanlı futbolçu 64-cü dəqiqədə sarı vərəqə alıb, 78-ci dəqiqədə isə əvəzlənib.
