Xəbər verildiyi kimi, “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Azərbaycan millisi Sent Lüsiyanı məğlub edib.
İdman.Biz bildirir ki, oyun 6:1 hesabı ilə bitib.
Oyunda ilk qolu ikinci dəqiqədə penaltidən komandanın kapitanı Emin Mahmudov vurub.
Bu, Mahmudovun millinin heyətində 16-cı qoludur. Emin Mahmudov bu göstəriciyə görə özünə məxsus olan rekordu yeniləyib.
Millinin heyətinə ən çox qol vuranlar sırasında ikinci yerdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur.
