“FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması ilə üz-üzə gələcək Azərbaycan millisi oyundan əvvəl məşqə çıxıb.
İdman.Biz-in məlumatına görə, Ayxan Abbasovun komandasının “Dalğa Arena”da gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.
Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.
Oyun martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.
