Millinin baş məşqçisi: “Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq”

Xəbərlər
12 Noyabr 2025 20:21
36
Millinin baş məşqçisi: “Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq”

“Hər dəfə meydana qələbə əzmi ilə çıxırıq”.

İdman.Biz bildirir ki, biz sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

“Futbolçularıma inanıram və azarkeşlərimizdən dəstək gözləyirəm. İnanıram ki, bizi tək qoymayacaqlar. İslandiya son görüşlərdə yaxşı təsir bağışlayır. İstəyirik ki, komanda olaraq ilk matçda qeydə alınan 0:5 hesablı məğlubiyyəti yaddan çıxaraq. Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq. Komandamız təzyiq altında deyil. Əksinə, rəqib komandanın pley-offa çıxmaq şansı olduğuna görə təzyiq yaşayırlar”, - Abbasov əlavə edib.

Azərbaycan - İslandiya matçı noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.

İdman.Biz