Rusiyalı MMA döyüşçüləri Fedor və Aleksandr Yemelyanenkonun 1 il 6 ay həbs cəzasına məhkum edilən kiçik qardaşı İvan şərti azad olunmaq üçün müraciət edib.
İdman.biz “Ъ” portalına istinadən xəbər verir ki, müraciət sentyabrın 10-da Alekseyevski Rayon Məhkəməsində (Belqorod vilayəti) nəzərdən keçiriləcək.
İvan Yemelyanenkonun həbsinə səbəb keçə il avqustun 5-də baş verən küçə davası olub. Hadisə zamanı o, bir kişinin üz sümüklərini qırıb.
İdman.biz