UFC əfsanəsi Fiziyevin rəqibini tənqid edib: "Bu, düzgün qərar deyil" - VİDEO

Xəbərlər
10 Avqust 2025 11:31
53
UFC əfsanəsi Fiziyevin rəqibini tənqid edib: "Bu, düzgün qərar deyil" - VİDEO

UFC Şöhrət Zalının üzvü və keçmiş çempion Daniel Kormye Çarlz Oliveyranın tezliklə oktaqona qayıdacağına şübhə ilə yanaşdığını bildirib.

İdman.biz xəbər verir ki, braziliyalı titul uğrunda mübarizədə İliya Topuriyaya nokautla uduzduqdan cəmi üç ay sonra, oktyabrın 11-də Rio-de-Janeyroda azərbaycanlı döyüşçü Rafael Fiziyevlə döyüşəcək.

Kormye məhz bu məqamı qabardaraq bildirib ki, Oliveyra nokautdan cəmi 3 ay sonra yenidən döyüşəcək: "Fikrimcə, bu, düzgün qərar deyil. Mən həmişə belə vəziyyətlərdə döyüşçülərin ətrafında olan insanlara şübhə ilə yanaşmışam. Oliveyra tarixin ən yaxşı yüngül çəkili döyüşçülərindən biridir. Keçən dəfəki kimi onun başına çılğın bir şey gəlməsini istəmirəm".

Qeyd edək ki, Rafael Fiziyev iyunun 21-də Bakıda keçirilən UFC turniri çərçivəsində sonuncu döyüşünü keçirib və çilili İqnasio Bahamondes üzərində yekdil qərarla qalib gəlib.

İdman.biz