Həbib Nurmaqomedov və İslam Maxaçev Qurban Qurbanovla görüşüblər - FOTO

Xəbərlər
20 İyun 2025 12:01
126
Həbib Nurmaqomedov və İslam Maxaçev Qurban Qurbanovla görüşüblər - FOTO

Bakıda keçiriləcək "UFC Baku Fight Night"ın fəxri qonaqlarının Azərbaycana gəlişi davam edir.

İdman.biz xəbər verir ki, məşhur UFC döyüşçüsü İslam Maxaçev və onun məşqçisi, keçmiş UFC çempionu Həbib Nurmaqomedov artıq Bakıdadır.

Tanınmış qonaqlar bu gün “Qarabağ”ın bazasında olublar. Onlar komandanın bazasını gəzib və baş məşqçi Qurban Qurbanovla görüşüblər.

Qeyd edək ki, UFC turniri iyunun 21-də keçiriləcək.

İdman.biz