Qazaxıstanda doğulub Qırğızıstanda böyüyən məşhur UFC döyüşçüsü Rafael Fiziyev 2021-ci ildən beynəlxalq arenada Azərbaycanı təmsil edir.
İdman.biz xəbər verir ki, o, Youtube kanalına müsahibəsində bunun səbəbini açıqlayıb.
Döyüşçü Qırğızıstanda dini dözümsüzlüklə üzləşdikdən sonra bu qərarı verdiyini deyib: “Qırğızıstanda dini qalmaqal yarandı, təqiblər başladı. Müftilik düşünmədən hərəkatıma qarşı və şəxsən mənim əleyhinə danışdı. Sonra savadsız fanatiklər hücum etdilər - nifrət dəhşətli idi. Orada o qədər cinayət işi açıla bilərdi. Hakimiyyət diqqət yetirmədi, ictimaiyyət dəstəkləmədi. Düşündüm ki, deməli, ora mənim deyil, mənim evim deyil”.
Rəfael Fiziyevin sözlərinə görə, artıq Qırğızıstanı öz vətəni adlandıra bilməyəcəyini hiss edib və karyerasını ruh, mənşəcə ona daha yaxın olan ölkə ilə bağlamaq qərarına gəlib: “Mən tarixi vətənimin olduğu, mənim kimi insanların yaşadığı yerə getdim. Hər şey belə oldu”.
İdman.biz