MMA döyüşçüsü Cole Johnson qeyri-adi qərarı ilə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, idmançı sosial şəbəkə hesabında növbəti dəfə qəfəsə başqa döyüşçüyə qarşı deyil, yetkin şimpanze ilə çıxacağını açıqlayıb. Mənbənin məlumatına görə, qarşılaşmanın sentyabrın 11-də keçirilməsi planlaşdırılır.
Bildirilib ki, qeyri-adi mübarizə canlı yayımlanacaq. Lakin qarşılaşmanın hansı formatda keçiriləcəyi, təşkilatçısı və təhlükəsizlik tədbirləri barədə hələlik ətraflı məlumat verilməyib.
