Parisdə nokaut gecəsi: Parnassdan möhtəşəm debüt, Peycdən qələbə - YENİLƏNİB + VİDEO

6 Sentyabr 2026 03:14
1 066
Parisdə nokaut gecəsi: Parnassdan möhtəşəm debüt, Peycdən qələbə

Fransanın paytaxtı Parisdə keçirilən UFC turniri başa çatıb.

İdman.Biz xəbər verir ki, gecənin əsas döyüşündə yerli idmançı Saladin Parnass UFC-də debüt edən Yeni Zelandiya təmsilçisi Den Hukeri ilk raundda məğlub edib. Parnass rəqibini 2 dəqiqə 25 saniyədə texniki nokautla üstələyib.

Şərikli əsas döyüşdə Aksel Sola Fares Ziamı 1 dəqiqə 40 saniyədə nokautla məğlub edib.

Digər əsas döyüşlərdə Maykl Peyc Nursulton Ruziboyevi hakimlərin yekdil qərarı ilə, Daniil Donçenko isə Punahele Sorianonu yekdil qərarla üstələyib. Körtis Kempbell Trevor Piki üçüncü raundda boğucu fəndlə təslim edib.

Losene Keyta isə Məhəmməd Naimovu birinci raundda nokautla məğlub edib.

UFC Paris turniri: Əsas döyüşlərin nəticələri

Den Huker – Saladin Parnass – Parnass qalib gəlib, TKO, birinci raund, 2:25

Fares Ziam – Aksel Sola – Sola qalib gəlib, KO, birinci raund, 1:40

Maykl Peyc – Nursulton Ruziboyev – Peyc qalib gəlib, hakimlərin yekdil qərarı ilə (29:28, 29:28, 29:28)

Daniil Donçenko – Punahele Soriano – Donçenko qalib gəlib, hakimlərin yekdil qərarı ilə (30:27, 30:27, 29:28)

Körtis Kempbell – Trevor Pik – Kempbell qalib gəlib, boğucu fənd, üçüncü raund, 3:07

Losene Keyta – Məhəmməd Naimov – Keyta qalib gəlib, KO, birinci raund, 2:54

11:29

Bu gün, sentyabrın 5-də Fransanın paytaxtı Parisdə UFC-nin növbəti turniri keçiriləcək.

Turnirin ilk döyüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Əsas döyüşlər isə saat 23:00-da start götürəcək.

Gecənin əsas döyüşündə UFC-də debüt edəcək Yeni Zelandiya təmsilçisi Den Huker Saladin Parnass(Fransa) ilə qarşılaşacaq.

UFC-nin Paris turnirinin tam döyüş proqramı:

Əsas döyüşlər

Den Huker – Saladin Parnass

Fares Ziam – Aksel Sola

Maykl Peyc – Nursulton Ruziboyev

Daniil Donçenko – Punahele Soriano

Körtis Kempbell – Trevor Pik

Losan Keyta – Məhəmməd Naimov

İlkin döyüşlər

Morqan Şarye – Felipe Lima

Mario Pinto – Rayan Spann

Umar Si – Modestas Bukauskas

Nataniel Vud – Pavel Andruska

Maykl Alcaruş – Fabia Saintez

Nora Kornoll – Klaudia Siqula

Matye Düklo – Luis Felipe Dias

Delfin Benuiş – Sofiya Monteneqro

İdman.Biz