Həbib Nurməhəmmədov vacib döyüşə hazırlaşan qardaşına müraciət ünvanlayıb

29 Avqust 2026 11:34
86
Həbib Nurməhəmmədov vacib döyüşə hazırlaşan qardaşına müraciət ünvanlayıb

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov qardaşı Umar Nurməhəmmədova həsr olunmuş paylaşım edib.

İdman.Biz xəbər verir ki, Umar bu gün - avqustun 29-da UFC-nin Şanxay turnirində çinli Sonq Yadunla qarşılaşacaq. Onların döyüşü turnirin əsas qarşılaşması olacaq.

“Qardaş, həm həvəskar, həm də peşəkar səviyyədə bu idman növündə uzun yol keçmisən. Bunlardan döyüşdə istifadə et”, – deyə Həbib yazıb.

Qeyd edək ki, Umar Nurməhəmmədovun MMA-da 20 qələbəsi və bir məğlubiyyəti var. Həbib Nurməhəmmədovun qardaşı UFC-də son dörd döyüşünün hamısında hakimlərin yekdil qərarı ilə qalib gəlib.

Yadun 2013-cü ildən peşəkar səviyyədə çıxış edir və hesabında 34 döyüş var. Çindən olan döyüşçü UFC-də 12 qələbə, dörd məğlubiyyət və bir heç-heçə əldə edib. Yadun son illərdə Şon O'Melli, Petr Yan və Kori Sendhagenə uduzub.

İdman.Biz