Şanxaydakı döyüşdən əvvəl Umar Nurməhəmmədov və Sonq Yadonq üz-üzə - VİDEO

28 Avqust 2026 12:08
84
Şanxaydakı döyüşdən əvvəl Umar Nurməhəmmədov və Sonq Yadonq üz-üzə

Sabah Çinin Şanxay şəhərində UFC-nin növbəti turniri keçiriləcək. Gecənin əsas döyüşündə Rusiyanı təmsil edən Umar Nurməhəmmədov çinli Sonq Yadonqla qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, döyüş öncəsi tərəflər bu gün keçirilən mərasimdə üz-üzə gəliblər.

Tərəflərin qarşılaşması zamanı hər iki döyüşçü bir-birinə ciddi münasibət nümayiş etdirib. Şanxayda baş tutacaq döyüş gecəsinin Bakı vaxtı ilə saat 11:00-da başlaması, əsas döyüşlərin isə saat 14:00-da start götürməsi planlaşdırılır.

UFC Şanxay turnirinin döyüş kardı belədir:

Əsas kard

Umar Nurməhəmmədov – Sonq Yadonq
Yan Syaonan – Denis Qomeş
Aoriqilen – Kay Asakura
Aleks Peres – Su Mudaerji
Sie Lyu – Levi Rodriqes
Bilal Həsən – Nilson Roxas

İlkin kard

Namsray Batbayar – Andre Lima
Rei Tsururya – Kevin Borxas
Lonq Syao – Françesko Nutsi
Cek Cenkins – Şon Vudson
Lorens Lui – Hektor Santyaqo
Sionq Cinqnan – Yuliya Polastri
Men Din – Kemeron Nelson

Qeyd edək ki, UFC Şanxay turnirində əsas və ilkin kardlarda ümumilikdə 13 döyüş keçiriləcək.

İdman.Biz