UFC çempionu İslam Mahaçev MMA-da gələcəyi ilə bağlı planlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, Mahaçevin fikirlərini “UFC Eurasia” dərc edib.
Mahaçev daha əvvəl Filadelfiyada keçirilən turnirdə İen Qerri üzərində qələbə qazanaraq yarımorta çəkidə kəmərini uğurla qoruyub.
“Hazırda mənim çəkimdə titul üçün çox yaxşı namizədlər var. Düşünürəm ki, qarşıda daha üç möhtəşəm və ağır döyüş olacaq”, - deyə rusiyalı döyüşçünün sözlərini sitat gətirib.
Hazırda Mahaçevlə döyüş üçün əsas namizədlər Karlos Prates və Maykl Moralesdir.
