UFC Bakıda döyüşən Bekzat Almaxanla yollarını ayırıb

13 Avqust 2026 16:42
138
UFC Bakıda döyüşən Bekzat Almaxanla yollarını ayırıb

Son döyüşünü Bakıda keçirən Qazaxıstan təmsilçisi Bekzat Almaxan UFC heyətindən çıxarılıb.

İdman.Biz xəbər verir ki, 28 yaşlı döyüşçünün təşkilatdakı çıxışı dörd qarşılaşmadan sonra başa çatıb.

Almaxan UFC-də keçirdiyi dörd döyüşün birində qələbə qazanıb, üçündə isə məğlub olub. Onun təşkilatdakı yeganə qələbəsi 2025-ci ilin mayında UFC 315 turnirində Bred Katona üzərində birinci raundda nokautla qeydə alınıb.

Qazaxıstanlı idmançı son olaraq iyunun 27-də Bakıda keçirilən UFC turnirində Jan Matsumoto ilə qarşılaşıb. Üç raund davam edən döyüşün sonunda hakimlər yekdil qərarla Matsumotonu qalib elan ediblər.

Bekzat Almaxanın peşəkar MMA karyerasındakı ümumi göstəricisi isə 12 qələbə və dörd məğlubiyyətdir.

İdman.Biz
Məqalədə: