Dana Uayt UFC-nin 10 il ərzində İrlandiyaya qayıdacağına söz verib

11 Avqust 2026 01:53
147
Dana Uayt UFC-nin 10 il ərzində İrlandiyaya qayıdacağına söz verib

UFC prezidenti Dana Uayt söz verib ki, Ultimate Fighting Championship (UFC) növbəti 10 il ərzində İrlandiyaya qayıdacaq.

İdman.Biz bildirir ki, İrlandiyada son UFC tədbiri 2015-ci ildə Dublində keçirilən UFC Fight Night 76 olub. Əsas qarşılaşmda yerli döyüşçü Paddy Holohan Luis Smolka ilə qarşılaşıb.

"Bəli, 100%, bu, növbəti 10 ildə baş verəcək. Biz İrlandiyaya qayıdacağıq. Görək gələn həftə sonu nə olacaq", - deyə Uayt Nina Dramanın Kick kanalında canlı yayımda bildirib. O, 34 yaşlı UFC yarımçəki çempionu rusiyalı İslam Mahaçev ilə ABŞ-ın Filadelfiya şəhərində keçiriləcək UFC 330-da reytinqdə birinci olan irlandiyalı İan Qarri arasında keçiriləcək qarşıdan gələn döyüşə işarə edib.

İdman.Biz