“UFC Fight Night Baku”: Dörd döyüşçüyə əlavə ödəniş olunacaq

28 İyun 2026 00:14
106
“UFC Fight Night Baku”: Dörd döyüşçüyə əlavə ödəniş olunacaq

“UFC Fight Night: Fiziyev vs Torres” turnirinin bonus sahibləri müəyyənləşib.

İdman.Biz bildirir ki, “Gecənin performansı” bonusuna dörd döyüşçü layiq görülüb: Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenko. Onların hər biri 100 min ABŞ dolları məbləğində mükafat qazanıb.

Bundan əlavə, döyüşü vaxtından əvvəl başa vuran, lakin “Gecənin performansı” bonusunu qazanmayan hər bir döyüşçüyə 25.000 ABŞ dolları məbləğində əlavə mükafat verilib.

İdman.Biz