Gürcüstanın paytaxtı Tbilisi şəhərində MMA üzrə keçirilən “Max Fight” liqasında Azərbaycan təmsilçisi Amil Mustafayev (77 kq) növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, idmançımız özbəkistanlı rəqibi ilə qarşılaşmada üstün tərəf olub.
Ulukbek Akişevə qarşı döyüşə sürətli başlayan Mustafayev rəqibinə nəfəs almağa imkan verməyib. Qarşılaşmanın elə birinci raundunda təmsilçimiz rəqibinin ayağına tətbiq etdiyi ağrıdıcı fəndlə onu təslim olmağa məcbur edib.
