Braziliyalı UFC döyüşçüsü Maurisio Ruffi etiraf edib ki, Bobbi Qrinə qarşı döyüşdə fırlanıb vurduğu ayaq zərbəsinə onu futbol əfsanəsi Neymar ilhamlandırıb.
İdman.Biz bildirir ki, Ruffi və Qrin 2025-ci ilin mart ayında UFC 313-də döyüşüblər. Ruffinin zərbəsi ESPN tərəfindən 2025-ci ilin ən yaxşı nokautu seçilib.
“Mən bunu “Neymar hərəkəti” adlandırıram. İkiqat hərəkətdən istifadə etdim: əvvəlcə çarpaz zərbə ilə hədə-qorxu gəldim, sonra əllə zərbə endirdim və fırlanan zərbə ilə başa vurdum. Bu hərəkət Neymarın bir sıra üsullarından ilhamlanıb”, - Ruffi YouTube-dakı “The Ariel Helwani Show” verilişində deyib.
Xatırladaq ki, Maurisio Ruffi Avstraliyanın Sidney şəhərində təşkil olunacaq UFC-325 tədbirində azərbaycanlı döyüşçü Rafael Fiziyevlə qarşılaşacaq.
Tədbir yanvarın 31-dən fevralın 1-nə keçən gecə baş tutacaq.
