ESPN müxbiri Karlos Leqaspi liqanın məğlubedilməz 28 yaşlı UFC yüngül çəki çempionu, ispan-gürcü döyüşçü İliya Topuriya ilə bağlı mövqeyini bildirib.
İdman.Biz-in məlumatına görə, insayder UFC-də İliyanın statusunun güclü surətdə qorunduğuna əmindir.
“Etibarlı mənbədən əldə etdiyim məlumata əsasən deyə bilərəm ki, UFC Topuriyanı titulundan məhrum etməyə hazırlaşmır. Rəhbərlik ona [şəxsi problemlərini həll etmək üçün] lazım olan qədər vaxt verəcək. Əgər hansısa səbəbdən müvəqqəti çempion kəmərini müdafiə etməli olarsa, ümid edirəm ki, o, bundan yayınacaq, çünki matçmeykerlər (döyüş təşkilatçıları-red.) də onu buna çağırırlar.
UFC-dəki insanlar (İliyanın müvəqqəti təqaüdə çıxması ilə bağlı) vəziyyətə çox yaxşı reaksiya veriblər. Onlar Topuriyanın ulduz statusuna güclü şəkildə inanırlar” - Leqaspi “MMA Mania”ya bildirib.
