Kristian Medina titulunu Qvadalaxarada qoruyacaq

Xəbərlər
4 Yanvar 2026 15:45
62
Kristian Medina titulunu Qvadalaxarada qoruyacaq

WBO versiyası üzrə yüngül çəkidə dünya çempionu Kristian Medina fevralın 6-da Meksikanın Qvadalaxara şəhərində titulunu qoruyacaq.

İdman.Biz xəbər verir ki, 26 qələbə, 4 məğlubiyyət və 19 nokautla çıxış edən Medina reytinqdə 10-cu yeri tutan Adrian Kyuriel (26-6-1, 5 nokautla qələbə) ilə qarşılaşacaq.

Bu yaxınlarda tanınmış promouter Eddi Hearn ilə müqavilə imzalayan Medinanın bu döyüşdən sonra daha böyük qarşılaşmalara doğru yol ala biləcəyi gözlənilir.

Bildirilir ki, Medina fevralın 6-dakı döyüşdə qalib gələrsə, birinci yüngül çəki dərəcəsində dünya çempionu olan Cessi Rodriqeslə üz-üzə gələ bilər. Rodriqes yuxarı çəki dərəcəsinə qalxmaq niyyətindədir və məqsədi gələcəkdə birinci yarımyüngül çəkiyə yüksələrək Naoya İnoueyə qədər irəliləməkdir.

İdman.Biz