Kanelo döyüşdən imtina etdi

Xəbərlər
4 Yanvar 2026 12:30
63
Kanelo döyüşdən imtina etdi

Meksikalı boksçu Saul Kanelo Alvares IBF versiyası üzrə vakant dünya çempionluğu titulu uğrunda döyüşdə iştirak etməyəcək.

İdman.Biz “Bloody Elbow”ya istinadla xəbər verir ki, Beynəlxalq Boks Federasiyası daha əvvəl Alvares və məğlubedilməz kubalı Osleys İqlesiasın boş qalan kəmər uğrunda döyüşə hazır olub-olmaması ilə maraqlanıb. Lakin Kanelo yaxın vaxtlarda rinqə çıxmasının mümkün olmadığını bildirib.

Qeyd olunur ki, Alvares 2025-ci ilin sentyabrında Terens Krouforda uduzduqdan sonra dirsəkdən əməliyyat olunub və hazırda reabilitasiya mərhələsindədir.

IBF titulu Kroufordun peşəkar karyerasını başa vurmaq qərarından sonra vakant elan olunub.

Beləliklə, superorta çəki dərəcəsində vakant IBF titulu uğrunda Osleys İqlesiasın növbəti ehtimal olunan rəqibi təşkilatın reytinqində ondan sonrakı yeri tutan meksikalı Hayme Munqiya ola bilər. Munqiya daha əvvəl 2024-cü ilin mayında Alvaresə uduzmuşdu.

İdman.Biz
Məqalədə: