Yüngül çəkidə UFC çempionu, gürcü əsilli ispaniyalı İliya Topuriya, titul müdafiəsini qeyri-müəyyən müddətə təxirə salmağa məcbur edən məsələlər barədə danışıb.
İdman.Biz bildirir ki, Topuriyanın son döyüşü iyun ayında baş tutub və qələbə ilə başa çatıb. Həmin döyüşdə Topuriya Çarlz Oliveyra üzərində birinci raundda nokautla qələbə qazanıb.
“Şəxsi bütövlüyünüzə, ailənizə və nüfuzunuza təhlükə yaradan hallar yarandıqda, birbaşa onlarla qarşılaşmalısınız. Son aylarda mənə ağır və qəbuledilməz təzyiqlər, o cümlədən maliyyə tələbləri yerinə yetirilmədiyi təqdirdə məişət zorakılığı ilə bağlı yalan ittihamlarla hədələmələr edilib. Bu ittihamlar tamamilə əsassızdır. Həqiqət fikir məsələsi deyil, dəlil məsələsidir. Və bütün müvafiq sübutlar, o cümlədən audio, mətn mesajları və video görüntülər qorunub saxlanılıb və sənədləşdirilib”, - Topuriya sosial mediada yazıb.
