MMA döyüşçüsü həyat yoldaşını döydü - qadın xəstəxanaya çatdırıldı - FOTO

Xəbərlər
9 Dekabr 2025 13:03
112
MMA döyüşçüsü həyat yoldaşını döydü - qadın xəstəxanaya çatdırıldı - FOTO

Rusiyanın Omsk şəhərində Ander A. adlı MMA idmançısının məişət zəminində Elvira adlı həyat yoldaşına xəsarət yetirməsi ilə bağlı insident qeydə alınıb.

İdman.Biz xəbər verir ki, tərəflər arasında mübahisə məişət işi - düzgün təmizlənməmiş mətbəx səbəbilə yaranıb və qalmaqal qadının döyülməsi ilə nəticələnib.

Xəstəxanada ona qapalı burun sınığı diaqnozu qoyulub.

Polis açıqlamasında bildirilib ki, 2000-ci il təvəllüdlü qadın və onun həmyaşıd həyat yoldaşı arasında baş verən hadisənin detalları araşdırılır. Hüquq-mühafizə orqanları insidentin məişət zorakılığı kimi qiymətləndirildiyini və proses üzrə hüquqi tədbirlərin görüldüyünü qeyd edib.

İdman.Biz

Məqalədə: