Valentina Şevçenko titulunu qoruyub - FOTO

Xəbərlər
16 Noyabr 2025 09:38
53
Valentina Şevçenko titulunu qoruyub - FOTO

ABŞ-da təşkil olunan MMA gecəsində qadınlar arasında titulunu müdafiə edən Valentina Şevçenko, rinqdə inamlı çıxış edərək çempionluğunu yenidən təsdiqləyib.

İdman.Biz xəbər verir ki, döyüşün taleyini əsasən parter epizodları həll edib. Şevçenko mübarizədə tam üstünlük göstərərək qarşılaşmanı tam nəzarətdə saxlamağı bacarıb.

Hakimlər döyüşü yekdilliklə onun xeyrinə qiymətləndiriblər. Rəqib Çjan Veyli isə yeni çəki dərəcəsinə uğurlu uyğunlaşa bilməyib və döyüş boyu təşəbbüsü ələ almaqda çətinlik çəkib.

İdman.Biz