Həbib mühüm döyüşdən əvvəl İslam Mahaçevə müraciət edib

Xəbərlər
15 Noyabr 2025 22:58
40
Həbib mühüm döyüşdən əvvəl İslam Mahaçevə müraciət edib

UFC-nin yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Cek Della Maddalena ilə titul döyüşündən əvvəl İslam Mahaçevə müraciət edib.

İdman.Biz bildirir ki, Mahaçev – Della Maddalena döyüşü bu gecə Nyu-Yorkda keçiriləcək.

“Allah səni qorusun, kiçik qardaşım. Bu idman növündə sən tarix dalınca gedirsən, yalnız irəli və yalnız qələbə”, - Nurməhəmmədov sosial mediada yazıb.

Della Maddalena və Mahaçev arasında keçiriləcək döyüş “UFC 322”nin əsas qarşılaşması olacaq.

İdman.Biz