Azərbaycanlı döyüşçü ONE FC-də ilk qələbəsini qazanıb - VİDEO

Xəbərlər
31 Oktyabr 2025 22:03
58
Azərbaycanlı döyüşçü ONE FC-də ilk qələbəsini qazanıb - VİDEO

Azərbaycanlı döyüşçü Mehrab Məmmədzadə ONE FC beynəlxalq liqasında karyerasına uğurlu başlanğıc edərək Sinqapurda debüt döyüşündə möhtəşəm qələbə qazanıb.

İdman.biz-in məlumatına görə, Məmmədzadənin rəqibi türkmənistanlı Şazad Atayev olub.

Döyüş üçüncü raundda başa çatıb. Azərbaycan idmançısı boğucu fənd edərək rəqibini təslim olmağa məcbur edib.

İdman.Biz