UFC-321 tədbiri bu gün Abu Dabidə keçiriləcək

Xəbərlər
25 Oktyabr 2025 16:43
46
UFC-321 tədbiri bu gün Abu Dabidə keçiriləcək

Bu gün UFC-321 tədbiri baş tutacaq.

İdman.Biz ufc.com-a istinadən xəbər verir ki, döyüşlər bu dəfə Abu Dabidə təşkil olunacaq.

Əsas kartın qarşılaşmaları Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Gecənin əsas döyüşü ağır çəkidə kəmər uğrunda Tom Aspinall ilə Siril Qan arasında olacaq. Aspinall bu döyüşdə ilk dəfə kəmərini müdafiə edəcək.

Əsas kartda həmçinin Umar Nurmaqomedov və Mario Bautista, Aleksandr Volkov və Jailton Almeyda döyüşləri də planlaşdırılıb.

Qadınlar arasında kəmər uğrunda qarşılaşma Virna Yandiroba ilə Makkenzi Dyörn arasında baş tutacaq. Hər iki idmançı kəmərin sahibini müəyyən etmək üçün qüvvələrini sınayacaq.

İdman.Biz