Yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədov komandası üçün sosial şəbəkə hesabında paylaşım edib.
İdman.Biz xəbər verir ki, o, mesajında bildirib ki, məşqlərə tam səy göstərməyənlər komandada iştirak edə bilməz.
Həbib hazırlığa etinasız yanaşan idmançılara xüsusi iradını çatdırıb: "Əgər məşqlərə tam şəkildə özünüzü həsr etməyə hazır deyilsinizsə, evdə qalın. Komandada tənbəlləri qəbul etmirik. Biz burada dünyanın ən yaxşısı olmaq üçün varıq”.
Qeyd edək ki, 37 yaşlı Nurməhəmmədov sonuncu dəfə 2020-ci ilin oktyabrında “UFC 254”də döyüşüb. O, üçüncü dəfə yüngül çəkidə titulunu qorumaq üçün Castin Qeycini məğlub edib. Həbib 29-0 rekordu ilə karyerasını məğlubiyyətsiz başa vurub.