Konor Makqreqor sosial mediadan istifadəyə ara verib

Xəbərlər
7 Oktyabr 2025 03:47
32
Konor Makqreqor sosial mediadan istifadəyə ara verib

66 kq və 70 kq çəki dərəcələrində UFC-nin keçmiş ikiqat çempionu, 37 yaşlı irlandiyalı Konor Makqreqor sosial mediadan istifadəyə fasilə verdiyini açıqlayıb.

İdman.biz-in məlumatına görə, Makqreqor, öz sosial şəbəkə hesabında bu barədə bildirib.

“Uşaqlar, mən sosial mediada qısa fasilə verirəm, tezliklə görüşərik! Sizə sevgim sarsılmazdır! Hamınıza təşəkkür edirəm. İnanılmaz dərəcədə motivasiyalı və nizam-intizamlıyam”, - Makqreqor yazıb.

İrlandiyalı 2021-ci ilin iyul ayından, “UFC 264”də keçmiş yüngül çəkidə UFC-nin müvəqqəti çempionu Dastin Poryeyə ilk raundda texniki nokautla məğlub olduqdan sonra qarışıq döyüş növlərində döyüşmür. Onun peşəkar rekordu 22 qələbə və altı məğlubiyyətdir.

İdman.biz