Kikboksçumuz III Dünya Kombat Oyunlarında qızıl medal qazanıb

Xəbərlər
27 Oktyabr 2023 18:22
259
Kikboksçumuz III Dünya Kombat Oyunlarında qızıl medal qazanıb

Azərbaycan kikboks yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən III Dünya Kombat Oyunlarında daha bir medal qazanıb.

İdman.biz xəbər verir ki, Amin Quliyev (60 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
O, finalda ötən il Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəylik Oyunlarının qalibi Ali Atabərk Gürbüzcanla qarşılaşıb. Gənc idmançımız türkiyəli rəqibinə qalib gələrək multiidman yarışının qızıl medalını qazanıb.

Eduard Məmmədovun tələbəsi olan və öz ləqəbini verdiyi "Ağ canavar" Amin Quliyev 1/4 finalda Andres Unsue Kazaxusu (İspaniya) və 1/2 finalda Maksim Semençuku məğlub etmişdi.

Qeyd edək ki, bu, multiidman yarışında Azərbaycan Kikboksinq Federasiyası (AKF) idmançılarının bu il qazandığı 2-ci böyük uğurdur. Bu il Polşanın Mışlenitse şəhərində Eduard Məmmədovun digər tələbəsi Fərid Ağamoğlanov III Avropa Oyunlarının qızıl medalını qazanmışdı. Bununla da AKF idmançıları 2-ci böyük multididman yarışından 100%-lik nəticə ilə qayıtmağı bacarıb.

İdman.biz