Avqustun 25-dən sentyabr 2-dək Türkiyənin İstanbul şəhərində kikboksinq üzrə kadetlər, yeniyetmələr və gənclər arasında "WAKO" Avropa birinciliyi keçirilib.
İdman.az saytı xbər verir ki, turnir Azərbaycan idmançıları üçün uğurlu olub.
Yığma komandası tarixi uğura imza ataraq, Avropa birinciliyində 16 qızıl, 16 gümüş və 31 bürünc medal qazanıb. Yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Hikmət Hacıyev isə WAKO Avropa Birinciliyinin ən yaxşı məşqçisi "Best Coach" mükafatına layiq görülüb.
Azərbaycan milli yığma komandası medal sıralamasında 7-ci yeri, rinq döyüşlərində isə 1-ci yeri tutub.
İdman.az