İmişlidə yeni cüdo təlim mərkəzi açılıb - FOTO/VİDEO

Xəbərlər
25 Sentyabr 2025 14:52
107
İmişlidə yeni cüdo təlim mərkəzi açılıb - FOTO/VİDEO

Sentyabrın 25-də Azərbaycan Cüdo Federasiyasının İmişli Cüdo Təlim Mərkəzi istifadəyə verilib.

İdman.biz xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, İmişli rayon icra başçısı Elçin Rzayev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Müasir avadanlıqlarla təchiz olunmuş mərkəzdə tatami, fiziki hazırlıq zonası, məşqçi və paltardəyişmə otaqları var. Tataminin sahəsi 200 kvadratmetrdir. Burada 200-dən çox idmançının cüdo ilə məşğul olması nəzərdə tutulur.

Qeyd edək ki, son illərdə ölkənin müxtəlif bölgələrində - Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Sabirabad, Astara, Cəlilabad, Tərtər və digər yerlərdə yeni cüdo zalları istifadəyə verib.

İdman.biz