Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının qalibi olub.
İdman.biz xəbər verir ki, o, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.
Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.
Qeyd edək ki, İ.Zəkiyev bununla da 9-cu dəfə Avropa çempionu adını qazanıb.
12:39
Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib.
İdman.biz xəbər verir ki, o, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.
Yarımfinalda türkiyəli Gökhan Biceri ipponla üstələyən Zəkiyev həlledici mərhələyə adlayıb.
İdman.biz