Avropa çempionatı: Komandamız yarışı 5-ci pillədə başa vurub - YENİLƏNİB

Xəbərlər
7 Sentyabr 2025 21:09
66
Avropa çempionatı: Komandamız yarışı 5-ci pillədə başa vurub - YENİLƏNİB

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının sonuncu yarış günündə Azərbaycan komandası təsəlliverici qarşılaşmada Slovakiya ilə qarşılaşıb.

İdman.biz xəbər verir ki, yığmamız rəqibə heç bir şans verməyib - 4:0.

Lakin bürünc medal qarşılaşmasında Almaniya daha üstün olub - 4:2.

Nəticədə Azərbaycan millisi çempionatı 5-ci pillədə başa vurub.

Qeyd edək ki, fərdi mübarizədə Azərbaycan 2 qızıl, 1 bürünc medalla oğlanlar arasında ümumi komanda hesabında birinci yeri tutub.

****

15.32

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının sonuncu günü Azərbaycan komandası 1/4 finalda İsveçrə yığması ilə qarşılaşıb.

İdman.biz xəbər verir ki, rəqim komanda millimizi 4:2 hüsabı ilə məğlub edib.

Ramazan Əhmədov (+90 kq) və Aydan Vəliyeva (57 kq) komandamıza xal qazandırıb. Komandamız təsəlliverici raundda rəqibini gözləyir.

Qeyd edək ki, fərdi yarışlarda Azərbaycan üç medal qazanıb: Nihad Məmişov (60 kq) və Maqomed Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) isə bürünc medal.

****

14:27

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının sonuncu yarış günündə qarışıq komandalar mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan komandası da çıxış edəcək.

1/4 finaldan mübarizəyə qoşulacaq millinin rəqibi Yunanıstan - İsveçrə cütünün qalibi olacaq:

1/4 final
Azərbaycan – Yunanıstan / İsveçrə cütünün qalibi ilə

Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (oğlanlar: 73 kq, 90 kq, +90 kq; qızlar: 57 kq, 70 kq, +70 kq) görüşlər təşkil olunacaq.

Mübarizəyə 13 yığma (132 cüdoçu) qoşulacaq.

İdman.biz

Məqalədə: