"Gənclərdə sonuncu ilim və sonuncu Avropa çempionatım idi. 66 kq çəki dərəcəsinə bu il keçmişəm. Həmişə 60 kq-da çıxış etmişəm. 60 kq-da mübarizə aparanda ilk ilimdə gənclərin Avropa çempionu, 2-ci ilimdə Avropa 2-cisi olmuşdum. Bu dəfə də 3-cü oldum. Vətənə medalsız qayıtmıram".
İdman.biz bildirir ki, bunu Prosport.Az-a ikiqat Avropa çempionu, ikiqat dünya mükafatçısı cüdoçu Nizami İmranov deyib.
19 yaşlı cüdoçu gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanmasından və 1/4 finalda Məhəmməd Musayevə uduzmasından danışıb: "Uduzduğum rəqib də Məhəmməd Musayevdir, azərbaycanlıdır. Ona uduzmağıma məyus olmuram. İnşallah, dünya çempionatına yaxşı hazırlaşıb layiqli yeri tutacağam.
Məhəmmədlə 1/4 finalda qarşılaşmasaydıq, yarımfinalda və ya finalda üz-üzə gələ bilərdik. Orada isə nəticə başqa cür ola bilərdi. Həmin gün onun günü idi, daha güclü oldu və mənə qalib gəldi".
O, oktyabrda Perunun paytaxtı Limada keçiriləcək gənclərin Avropa çempionatında qızıl medal qazanacağına danışıb: "İnşallah, buradakı bürünc medalı dünya çempionatında qızıl medala çevirəcəyəm. Əziyyətim yerdə qalmaz".
İdman.biz