Olimpiya çempionlarımızın Qarabağa səfəri yekunlaşıb - FOTO

Xəbərlər
25 Avqust 2025 16:12
52
Olimpiya çempionlarımızın Qarabağa səfəri yekunlaşıb - FOTO

Olimpiya çempionlarımız Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyevin Qarabağa səfəri başa çatıb.

İdman.biz xəbər verir ki, səfərin sonuncu ünvanı Füzuli şəhəri olub.

Burada cüdoçular Mirzə Uluqbəy adına 1 nömrəli məktəbə baş çəkiblər. Məktəbin idman zalı ilə tanışlıqdan sonra şagirdlərlə görüş keçirilib, onlar üçün maraqlı viktorina təşkil olunub.

Qeyd edək ki, səfər Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

İdman.biz