Cüdoçularımız Şimali Makedoniyada Avropa çempionatına hazırlaşıb

Xəbərlər
6 Avqust 2025 15:16
88
Cüdoçularımız Şimali Makedoniyada Avropa çempionatına hazırlaşıb

Cüdo üzrə gənc oğlanlardan ibarət millimiz Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

İdman.biz xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan toplanışda cüdoçularımıza yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.

Qeyd edək ki, qitə birinciliyi sentyabrın 4-7-də Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

İdman.biz