Yığmamız Avropa Kubokunda 9 cüdoçu ilə yollanır

Xəbərlər
31 İyul 2025 00:36
44
Yığmamız Avropa Kubokunda 9 cüdoçu ilə yollanır

Avqust 2-3-də Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Milli komandamıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək. Turnirdə 26 ölkədən 241 idmançı mübarizə aparacaq.

Heyəti təqdim edirik:
Oğlanlar
60 kq

Nihad Məmişov
Fərid Qarayev

66 kq
Məhəmməd Musayev
Nizami İmranov

73 kq
Əbil Yusubov

81 kq
Süleyman Şükürov

90 kq
Tuncay Şamil
Aslan Kotsoyev

+100 kq
Ramazan Əhmədov

İdman.biz