Cüdo üzrə Azərbaycan yığması Almaniyanın paytaxtı Berlində keçiriləcək gənclər arasında Avropa kubokunda çıxış edəcək.
İdman.biz xəbər verir ki, komandamızın heyətində 17 idmançı yer alıb.
Onların arasında yeniyetmələr arasında ikiqat dünya çempionu Nihad Məmişov (60 kq), gənclər arasında Avropa çempionatının qalibləri Nizami İmranov (66 kq) və Süleyman Şükürov (81 kq), həmçinin yeniyetmələr arasında dünya çempionu Cəsur İbadlı (81 kq) da var.
Berlində 37 ölkənin idmançıları çıxış edəcək.
Qeyd edək ki, iyunun 21-22-də keçiriləcək bu turnir gənclər arasında Avropa və dünya çempionatı üçün heyətin müəyyənləşdirilməsindən əvvəl son sınaq olacaq.
İdman.biz