Qubada Avropa kubokuna 12 ölkədən cüdoçular gələcəklər

Xəbərlər
30 Aprel 2025 14:44
276
Qubada Avropa kubokuna 12 ölkədən cüdoçular gələcəklər

Qubada kadetlər arasında cüdo üzrə Avropa kuboku təşkil ediləcək.

İdman.biz xəbər verir ki, Avropa Cüdo İttifaqının (EJU) rəsmi təqviminə daxil olan yarış Quba Olimpiya İdman Kompleksində keçiriləcək.

Turnirdə 12 ölkədən - həmçinin Xorvatiya, Fransa, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Polşa, Səudiyyə Ərəbistanı, Türkmənistan, Türkiyədən komandalar iştirak edəcəklər. Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən cüdoçular da Avropa kubokunda mübarizə aparacaqlar.

Azərbaycanı yarışda 140 yeniyetmə cüdoçu təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan mayın 3-4-də kadetlər arasında keçiriləcək Avropa kubokuna artıq üçüncü ildir ev sahibliyi edir.

İdman.biz

Məqalədə: